Kaxaber Sxadadze: "Cütün taleyini ilk oyunda həll etmişdik"

XƏBƏR 18 Mart 2010 / 00:10 1796
-  A +

"Zənnimcə bu cütün taleyini artıq ilk oyunda həll etmişdik. Ona görə də, bugünkü qarşılaşmada ehtiyatda olan futbolçulara şans verdim. Əsas heyətin bir çox oyunçularına istirahət verdim. Uşaqlara göstərdikləri oyuna görə təşəkkür edirəm, qələbə münasibəti ilə təbrik edirəm”. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri ölkə kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşması çərçivəsində keçirilən “İnter” – “Neftçi” (2:1) matçının mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Kaxaber Sxadadze deyib.

Daha çox


Son xəbərlər