«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov bu gün «Xəzər Lənkəran»a qarşı ölkə kubokunun təkrar matçında komandasının göstərdiyi oyundan razı qalıb. Qol.Az-ın məlumatına görə, bu haqda Q.Qurbanov görüşdən sonra keçirilən mətbuat konfransında bildirib: «Bakı» ilə oyundan fərqli olaraq, bu gün futbolçularımız sonadək mübarizə apardı. Qapımıza vurulan erkən qol isə planlarımızı pozdu. Həmin qol bizim üçün gözlənilməz oldu. Amma buraxdığımız qola görə kimisə günahlandırmaq istəmirəm. Biz qarşıdakı oyunları fikirləşəcəyik. «Xəzər Lənkəran»ı təbrik edirəm».
Q.Qurbanov hakim Vüsal Əliyevin qərarları ilə bağlı isə bunları söyləyib: «Bu gün çox gərgin və maraqlı oyun keçdi. Mən Vüsal Əliyevin Rəşad Sadiqova qırmızı vərəqə verdiyi epizoda toxunmaq istəyirəm. Hesab edirəm ki, oyun belə gərgin keçdiyinə görə Vüsal Əliyev özünü itirdi. Ümumiyyətlə, həmin anda o, nə cür qərar verdiyini heç özü də bilmədi. Hamı gördü ki, həmin epizodda qırmızı vərəqəlik bir şey yox idi».
Xatırladaq ki, bu gün «Qarabağ»a 1:0 hesabı ilə qalib gələn (ilk oyunda 1:2) «Xəzər Lənkəran» Azərbaycan kubokunun yarımfinalına vəsiqə qazanıb.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi