FİFA yaxın günlərdə dünya çempionatının Azərbaycanda keçirilməsi qərarını verə bilər

FİFA yaxın günlərdə dünya çempionatının Azərbaycanda keçirilməsi qərarını verə bilər
XƏBƏR 17 Mart 2010 / 12:11 1826
-  A +

2010-cu il martın 18-19-da Sürixdə FİFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda müzakirə olunacaq məsələlərdən biri də 2011 və 2013-cü illərdə çimərlik futbolu üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkələrin müəyyənləşdirilməsidir. Xatırladaq ki, 2011 və 2013-cü illərdə çimərlik futbolu üzrə dünya çempionatına ev sahibliyi etmək üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) öz namizədliyini irəli sürüb və bununla bağlı tenderdə iştirak etmək üçün hazırlanan müvafiq sənədlər AFFA tərəfindən FİFA-ya təqdim olunub.

Daha çox


Son xəbərlər