"Dnepr"in oyunu yarımçıq qaldı - ixtişaş

"Dnepr"in oyunu yarımçıq qaldı -  ixtişaş
VİDEO 1 İyun 2017 / 11:40 3033
-  A +

Ukrayna çempionatının 32-ci turunda keçirilən “Dnepr” - “Volın” oyunu yarımçıq dayandırılıb.

Qol.az-ın xəbərinə görə, matçın 48-ci dəqiqəsində yerli fanatların atdığı fişəng "Volın"ın qapıçısının qarşısında partlayıb.

Bu səbəbdən hakim oyunu dayandırıb. Oyun dayandırılarkən “Dnepr” 1:0 hesabı ilə öndə olub. Azarkeşin bu hərəkətinə görə “Dnepr”ə texniki məğlubiyyət verilə bilər.

Qeyd edək ki, U-21 millimizin üzvü Dmitri Nağıyev "Dnepr"in start heyətində meydana çıxıb.



Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq