"Neftçi" "Milan" və "Roma" ilə qarşılaşacaq

"Neftçi" "Milan"  və "Roma" ilə qarşılaşacaq
XƏBƏR 16 Mart 2010 / 15:43 2318
-  A +

“Neftçi” klubunun 1993-1994-cü il təvəllüdlü futbolçuları 25-30 may tarixlərində İtaliyada keçiriləcək beynəlxalq futbol turnirində mübarizə aparacaq. Qol.Az-a klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, komandanın “Ciorciaria World Cup-4” beynəlxalq turnirində iştirak etməsi üçün dəvət gəlib. Turnirdə dünyanın müxtəlif ölkələrinin 16 klubu, həmçinin 8 yerli komanda qüvvəsini sınayacaq. Yarışda İtaliyanı “Roma”, “Milan”, “Fiorentina”, “Kyevo”, “Bari”, “Napoli”, “Kalyari” kimi tanınmış klublar həmçinin “Bastiya” (Fransa), “Hayduk” (Split, Xorvatiya), “Kristal Pelas” (İngiltərə), “Benfika” (Portuqaliya), “Nyu-York Stars” (ABŞ) komandaları iştirak edəcək. Artıq “Neftçi”nin mübarizə aparacağı qrupun tərkibi də məlumdur. “Ağ-qara”lı gənclər “D” qrupunda İtaliyanın “Bari” və “Arpino”, Serbiyanın “Partizan” klubları ilə qrup birincisi olmaq üçün yarışacaqlar.

Son xəbərlər
17.12.25  15:40

Levandovski MLS yolunda