PSJ “transfer bomba”sını “partladır”

PSJ “transfer bomba”sını “partladır”
DÜNYA FUTBOLU 31 May 2017 / 13:49 7866
-  A +

“Borussiya”nın hücumşusu Pyer-Emenik Obameyanq karyerasını PSJ-də davam etdirəcək.

Qol.az-ın xəbərinə görə, bunu “Yahoo! Sport France” iddia edib. Bildirilib ki, Paris klubu qabonlu futbolçunun transferini razılaşdırıb. Hazırda imzalanacaq müqavilənin son detalları dəqiqləşdirilir.

Obameyanqın keçidi üçün “Borussiya” 70 milyon avro təzminat alacaq. PSJ-nin futbolçunun özünə isə ilinə 10 milyon avro ödəyəcəyi iddia olunur.

Qeyd edək ki, bir müddət əvvəl adıçəkilən futbolçunun “Borussiya”nı tərk etmək istədiyi və bu niyyətini klub rəhbərliyinə dediyi bildirilirdi.


Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu