Ronaldo final haqda: “Qalib gələcəyik”

Ronaldo final haqda: “Qalib gələcəyik”
DÜNYA FUTBOLU 30 May 2017 / 18:50 5578
-  A +

"Real"ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının finalında "Yuventus"la qarşılaşacaqları oyun haqda fikirlərini bölüşüb.

Qol.az-ın məlumatına görə, bu barədə "Marca" nəşrinə danışan  32 yaşlı hücumçu indidən final haqda düşünmədiyini deyib:

"Bütün dünya bu oyunu gərginliklə gözləyir. Amma mən gərginlik hiss etmirəm. Oyun gününə qədər final haqda düşünməməyəcəm”.
Portuqaliyalı futbolçu "Yuventus"un əla komanda olduğunu bildirməklə yanaşı komandasının favorit olduğunu vurğulayıb:

"Həddindən artıq təvazökarlıq yaxşı hal deyil. Ən yaxşı oyunumuzu ortaya qoymağa çalışacağıq. "Yuventus"da  əla komandadır biz də. Bizi möhtəşəm bir oyun gözləyir. Düşünürəm ki, sonda biz qələbə qazanacağıq".

Qeyd edək ki, "Yuventus" - "Real" görüşü iyunun 3-ü keçiriləcək.

Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu