Ötən şənbə günü Unibank Premyer Liqasında «İnter»ə qarşı oyunda komandasının əsas heyətində yer alan «Neftçi»nin gənc yarımmüdafiəçisi Araz Abdullayevin Rusiyanın «Rubin» klubuna keçidi baş tutmayacaq. Qol.Az-ın məlumatına görə, Arazın möhtəşəm oyunundan sonra klub rəhbərliyi futbolçunu komandada saxlamaq qərarına gəlib.
Müxbirimizlə söhbətində «Neftçi»nin vitse-prezidenti Tahir Süleymanov bu məsələnin hələ açıq qaldığını söyləyib. «Bildiyiniz kimi, Arazın 18 yaşı tamam olmadığına görə biz «Rubin»lə müqavilə imzalamamışıq. Sadəcə, bu komanda ilə şifahi razılığımız olub. Birdə ki, Arazın 18 yaşı tamam olandan sonra o, vətənə borcunu yerinə yetirməli və hərbi xidmətə yollanmalıdır».
Tahir Süleymanov Araz Abdullayevin «Neftçi»nin start heyətində yer almasını dəstəklədiklərini bildirib. «Bu mənada, bizim futbolçular da xarici klublara keçmək məsələsində tələsməməlidirlər. Onlar «Neftçi»də öz təcrübələrini daha da artırmalıdırlar. Biz futbolçularımızın Avropa ya və Rusiya klublarına gedib ehtiyatda qalmasını istəməzdik».
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi