“Komandada əhval-ruhiyyə yaxşıdır. Sabahkı matç bizim üçün çətin olacaq. Çox ciddi hazırlıq gedir. Sabah meydana yalnız qələbə üçün çıxacağıq. Zədəli oyunçularımız yoxdur. Yalnız müdafiəçimiz Ramin Quliyevin kiçik zədəsi vardı. O da artıq bu gün komandayla birlikdə məşqə başladı”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri sabah ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Bakı” ilə qarşılaşacaq “Standard”ın yarımmüdafiəçisi Ramal Hüseynov deyib. Hüseynov komandasının kubokda mümkün qədər irəliləməyə çalışacağını bildirib: “Standard” heç bir klubdan zəif deyil. Əgər “Bakı” səddini aşa bilsək, kubokda ən azı final oynaya biləcəyik”.
Qeyd edək ki, “Bakı” – “Standard” arasındakı ilk matç 1:1 hesabı ilə nəticələnib. Cavab oyunu sabah saat 15:00-da M.Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi