Tərlan Əhmədovla yollar ayrıldı

Tərlan Əhmədovla yollar ayrıldı
ÖLKƏ FUTBOLU 24 May 2017 / 10:36 3437
-  A +

Mayın 3-də rəsmən fəaliyyətini dayandıran və növbəti mövsümdən etibarən “Şüvəlan” adı altında ölkə çempionatının birinci divizionunda çıxış edəcək  AZAL PFK  baş məşqçi Tərlan Əhmədovla yollarını ayırıb.

Bu haqda Qol.az-a klubun mətbuat xidmətindən məlumat verilib. Dünən klub rəhbərliyi  Tərlan Əhmədovla əməkdaşlıga son qoyulması ilə baglı qərar qəbul edib. 

Klub  rəhbərliyi ona işlədiyi dövr ərzində göstərdiyi  xidmətlərə görə minnətdarlıgını bildirərək qəbul olunmuş qərar haqda  Tərlan Əhmədovu məlumatlandırıb.

Daha çox


Son xəbərlər