"Qəbələ" Zenyovla yolları ayırdı - rəsmi

"Qəbələ" Zenyovla yolları ayırdı -  rəsmi
ÖLKƏ FUTBOLU 17 May 2017 / 16:55 5411
-  A +

"Qəbələ" klubu futbolçusu Sergey Zenyovla yolları ayırıb.

Bu barədə Qol.az-a açıqlamasında klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.

O, bildirib ki, müqaviləsi başa çatan estoniyalı hücumçu ilə yeni sözləşmə imzalanmayıb.

Liberiyalı yarımmüdafiəçisi Teo Uiksin “Qəbələ”də qalıb-qalmayacağı isə dəqiqləşməyib. Ötən mövsüm Kipr təmsilçisi “Ermis”dən 1 illik icarə əsasında “Qəbələ"yə keçən futbolçunun klubu ilə danışıqlar gedir.

Müqaviləsi bitən Rasim Ramaldanov, Cavid Hüseynov və digər yerli futbolçular barədə isə hələ  yekun qərar verilməyib.

Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

topaz banner