Almaniya milli komandasının 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib.
Bu haqda Almaniya Futbol İttifaqının dünənki iclasında qərar qəbul edilib.
A qrupunda yer alan Almaniya millisinin ilk ev oyunu Azərbaycan yığmasına qarşı olacaq. Görüş sentyabrın 7-də Köln şəhərində baş tutacaq. Qarşılaşma 50 min 374 nəfərlik tamaşaçı tutumuna malik “RheinEnergieStadion”da təşkil ediləcək. Bu arena 16 sentyabr 1923-cü ildə istifadəyə verilib, 2001-2004-cü illərdə isə üzərində yenilənmə işləri aparılıb.
Bundan sonra Bundestim oktyabrın 8-də Türkiyə ilə görüşəcək. Oyun Frankfurt şəhərində keçiriləcək. 2011-ci ilə təsadüf edəcək 3 ev oyununa gəlincə, Almaniya millisi martın 25-də Kayzerslauterndə Qazaxıstanı, sentyabrın 2-də Gelzenkirhendə Avstriyanı, oktyabrın 11-də isə Düsseldorfda Belçikanı qəbul edəcək.
Mənbə: lent.az
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi