Bu gün İsveçrənin Nyon şəhərində UEFA-nın prezidenti Mişel Platini və AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib. UEFA-nın baş katibi Gianni İnfantino, Milli Assosiasiyalar Departamentinin rəisi Teodor Teodoridis, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədovun iştirak etdiyi görüşdə AFFA tərəfindən 2009-cu il ərzində həyata keçirilən tədbirlər, Mərdəkanda, Dalğa İstirahət Mərkəzinin ərazisində inşası davam etdirilən, Bayıl qəsəbəsində tikilməsi planlaşdırılan stadionlar, bundan əlavə, dövlət tərəfindən inşa ediləcək 65 min nəfər azarkeş tutumuna malik arena barədə ətraflı məlumat verilib, 2010-cu ilin fəaliyyət proqramı müzakirə olunub.
Rəsmi görüş başa çatdıqdan sonra UEFA prezidenti Mişel Platini AFFA-nın prezidenti Rövnəq Abdullayevi nahara dəvət edib.
Görüşlə bağlı AFFA prezidenti Rövnəq Abdullayev AFFA-nın rəsmi saytına fikirlərini bildirib:"AFFA tərəfindən futbolun inkişafı məqsədilə həyata keçirilən tədbirlər barədə görüşdə ətraflı məlumat verildi. Bu istiqamətdə fəaliyyətimizin daha da yüksək səviyyədə davam etdirilməsi üçün hazırlanan layihələrlə bağlı səmərəli müzakirələr aparıldı. UEFA rəhbərliyi AFFA-nın fəaliyyəti ilə bağlı razılığını bildirdi. Düşünürəm ki, bugünkü görüşdə aparılan müzakirələr Azərbaycanda futbolun inkişafına öz müsbət təsirini göstərəcək".
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi