"Lokomotiv" Nazarovu alacaqmı? - Syomin açıqladı

"Lokomotiv" Nazarovu alacaqmı? - Syomin açıqladı
ÖLKƏ FUTBOLU 14 May 2017 / 13:46 6867
-  A +

“Lokomotiv”in baş məşqçisi Yuri Syomin Azərbaycan millisinin və Almaniyanın “Ertsqebirge Aue” klubunun futbolçusu Dmitri Nazarovu transfer edəcəkləri barədə yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın xəbərinə görə, o, Rusiyanın TASS agentliyinə açıqlamasında deyib: “Bununla bağlı ilk dəfədir eşidirəm. Həmin xəbərlər doğru deyil”.

Qeyd edək ki, bu mövsüm Almaniya 2-ci bundesliqasında çıxış edən Nazarov 26 oyuna 9 qol vurub. Mövsümün sonu onun “Ertsqebirge Aue”ni tərk edəcəyi bildirilib.

Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

topaz banner