"Çelsi" çempion!

"Çelsi" çempion!
DÜNYA FUTBOLU 13 May 2017 / 01:00 5840
-  A +

“Çelsi” klubu İngiltərə Premyer Liqasında 2016/2017 mövsümünün qalib olub.

Qol.az-ın xəbərinə görə, Antonio Kontenin komandası bunu mövsümün sonuna bir tur qalmış bacarıb.

Səfərdə “Vest Bromviç”lə qarşılaşan London təmsilçisi matçın 82-ci dəqiqəsində Mişi Batşuayın yeganə qolu ilə qalib gəlib. Bununla da xalını 87-ə yüksəldərək ən yaxın izləyicisi “Tottenhem”i 10 xal qabaqlayan “zadəganlar” çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, bu, "Çelsi"nin 6-cı çempionluğudur.



12 may

“Vest Bromviç” – “Çelsi” - 0:1
Qol:
Batşuay, 82
 

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə