Məqsəd Yaqubəliyev: «Qarabağ» kimi komandanı məğlub etmək çox xoşdur»

XƏBƏR 12 Mart 2010 / 16:20 2382
-  A +

«Qarabağ çox gözəl komandadır. Bu komanda «altılıq»dakı rəqiblərlə görüşdə yalnız bir dəfə məğlub olub. Belə güclü rəqiblə oynamaq çox gözəldir». Bu sözləri «Qarabağ»la görüşdən sonra keçirilən mətbuat konfransında «Bakı»nın məşqçisi Məqsəd Yaqubəliyev söyləyib. Bu gün «Qarabağ»ın oyununun alınmadığını deyən Yaqubəliyev matçın xüsusilə ikinci hissəsində komandasının güclü futbol nümayiş etdirdiyini söyləyib: «Qarabağ» kimi komanda üzərində qələbə qazanmaq çox xoşdur. Bu gün baş məşqçimiz cəzalıydı. Belə bir vaxtda «Bakı» əsl komanda olduğunu növbəti dəfə təsdiqlədi».

Daha çox


Son xəbərlər
17.12.25  15:40

Levandovski MLS yolunda