Sabah Bakı möhtəşəm böyük bir tədbirə ev sahibliyi edəcək və bütün dünyanın diqqəti Azərbaycana yönələcək.
“Trend”in məlumatına görə, bunu gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov İslam Həmrəyliyi Oyunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib. O deyib ki, bu oyunların məhz Bakıda keçirilməsindən qürur hissi duyuruq: "İslam Həmrəyliyi Oyunları tək idman yarışı deyil, sülhün bərqərar olduğu ölkələrin bir araya gəlməsi, bir dildə danışmasıdır. Əfsuslar olsun ki, Sudan, Liviya və Küveyt bu oyunlara qoşulmayacaq. Bu hal bizi məyus etsə də, 54 ölkədən 3 mindən çox idmançının iştirak etməsi bizi sevindirməyə bilməz. İslam Həmrəyliyi Oyunları sülhün, mədəniyyətin və birliyin nümayişi olacaq".
A.Rəhimov qeyd edib ki, İslam Həmrəyliyi Oyunları ilə bağlı iclaslarda 57 islam ölkəsinin nümayəndələri iştirak ediblər: "Biz bəyan etmişdik ki, 57 ölkənin idmançıları oyunlarda iştirak edəcək, amma son 3-4 gün ərzində bizə daxil olan məlumatlara görə, 3 ölkə - Sudan, Liviya və Küveyt oyunlarda iştirak etmir".
O həmçinin deyib: "Bütün ölkələrdən gələn idmançılara hər cür şərait yaradılması üçün biz əlimizdən gələni etmişik. Azərbaycan tərəfindən oyunlarda idmançılar üçün yaradılan şərait bütün ölkələrin gəlməsi üçün cəlbedicidir. Bu 3 ölkənin oyunlara gəlməməsi ilə bağlı qərarlarına hörmətlə yanaşırıq".
Nazir vurğulayıb ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində çoxlu sayda nüfuzlu beynəlxalq idman federasiyalarının prezidentləri, nümayəndələri və digər qonaqlar iştirak edəcəklər.
Qeyd edək ki, oyunların açılışı mayın 12-də keçiriləcək. Mayın 22-dək davam edəcək yarış 16 arenada 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə təşkil ediləcək.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi