UEFA "Yuventus" və "Monako"nu cəzalandırır

UEFA "Yuventus" və "Monako"nu cəzalandırır
DÜNYA FUTBOLU 11 May 2017 / 11:02 3435
-  A +

UEFA Çempionlar Liqasının yarımfinalında keçirilən "Yuventus" - "Monako" cavab matçı (2:1) ilə bağlı araşdırmalara başlayıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna meydan sahibi olan Turin klubunun stadionda enib-çıxışlar üçün nəzərdə tutulmuş pilləkanlarda boş yerlər saxlamamağı,  "Monako" azarkeşlərinin isə məşəl yandırması səbəb olub. Bunlara görə hər iki klubun cəzalandırılacağı gözlənilir.
 
UEFA-nın baş verənlərlə bağlı yekun qərarını iyunun 20-i verəcəyi bildirilib.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner