"Turan Tovuz" birinci divizionun çempionu olsa da, Premyer Liqaya buraxılması sual altındadır. Klub hələ ki, elitada çıxış etmək üçün lazım olan sənədləri AFFA-ya təqdim etməyib. Qol.az saytı bununla bağlı komandanın baş məşqçisi Əsgər Abdullayevlə danışıb. O, üzərinə düşən işi gördüyünü deyib.
- "Turan Tovuz"un aqibəti necə olacaq?
- Bundan sonrası rəhbərliyin işidir. Bildiyimə görə, komanda Premyer Liqaya buraxılmayacaq.
- Rəhbərlik bu barədə nə deyir?
- Deyirlər guya həll olunmalıdır. Açığı, rəhbərlikdən heç nə soruşmamışam. Mən də siz bildiyiniz qədər bilirəm.
- "Turan Tovuz"a Rusiyada yaşayan iş adamı İlham Rəhimovun sponsorluq edəcəyi deyilirdi.
- Mən də eşitmişdim. Elə deyirdilər. Ancaq elə söz olaraq da qaldı. Hələ ki, bir yenilik yoxdur. Yəqin ki, nəsə olsa, rəhbərlik mənə xəbər verəcək. Hazırda real heç nə yoxdur.
- Komandanızın Premyer Liqada iştirakını əngəlləyən əsas səbəb nədir?
- Mənə deyirlər ki, hər şey öz qaydasındadır, yalnız bank təminatı qalıb.
- Yəni problemin nə vaxt yoluna qoyulacağı ilə bağlı sizə də dəqiq söz deyilmir.
- "Olmalıdır", "olacaq" - bu cür sözləri eşidirəm. Ancaq real işləri görmürəm. Ortalıqda bir şey yoxdur. Bunlar mənim səlahiyyətimdə olan işlər deyil. Ona görə də bir şey edə bilmirəm. Mənə də gözləmək qalır.
- Komanda Premyer Liqaya buraxılmasa, yenidən I divizionda çıxış edəcək?
- Onu dəqiq bilmirəm. Divizionda son oyunumuzdan sonra Bakıya gəlmişəm. Komanda haqda siz eşitdiyiniz sözləri mən də eşidirəm. Rəhbərlik nə qərar verəcək bilmirəm.
- Öz işinizlə bağlı nə düşünürsünüz?
- Əslində "Turan Tovuz"a qayıtmağa marağım yoxdur. Birinci yerdən yuxarıda başqa yer yoxdur. Biz bunu bacarmışıq. Çempionluğu bütün futbolçularla, məşqçilər korpusu, azarkeşlər və klub rəhbərliyi ilə birlikdə əldə etmişik. Qarşımıza qoyduğumuz məqsədə çatdıq. Ancaq istədiyimiz tam həyata keçmədi. Biz Premyer Liqada oynamaq istəyirdik. Yeni bir maraq, istək olardı.
- AFFA-nın baş katibi Elxan Məmmədov növbəti mövsüm Premyer Liqada 8 komandanın olacağını bildirib. Buna münasibətiniz necədir?
- Ən azı 10 komandanın olmasını istəyərdim. Amma gərək komandalar da Premyer Liqada oynamağa hazır olsunlar. Təbii ki, 8 komandalı çempionatın səviyyəsi o qədər yüksək ola bilməz. Ancaq günümüzün geçəkliyi budur.
Ramiq AĞAMƏMMƏDOV
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu