"Qarabağ ulduzlu forma geyinəcək

"Qarabağ ulduzlu forma geyinəcək
ÖLKƏ FUTBOLU 10 May 2017 / 11:31 5066
-  A +

"Qarabağ" 2017/2018 mövsümündən oyunlara ulduzlu formalarla çıxacaq.

Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə klubun baş direktoru Emrah Çəlikəl məlumat verib.

Onun sözlərinə görə, "Qarabağ" 5 qat Azərbaycan çempionu olduğu üçün belə qərar qəbul edilib. Klub rəsmisi formadakı loqo üzərində 1 ulduzun təsvir olunacağını vurğulayıb.

Qeyd edək ki, hazırda Azərbaycanın "Kəpəz" və "İnter" klubları meydana çempionluq sayı qədər - müvafiq olaraq, 3 və 2 ulduzlu forma ilə çıxırlar. "Neftçi" isə 8 dəfə çempion olduğu halda, tək ulduzlu forma geyinir.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner