Bakıda səfərdə olan UEFA-nın Kütləvi Futbol Proqramı üzrə meneceri Robin Rassel Azərbaycanda son iki ildə futbol sahəsində görülən işlərdən müsbət mənada təəccübləndiyini bildirib. Qol.Az-ın məlumatına görə, AFFA-nın rəsmi saytına açılamasında R.Rassel futbolun kütləviliyinin, təhsilin, infrastrukturun inkişafı üçün çox böyük işlər görüldüyünü deyib: «Orta məktəblərdə tədris olunan futbol dərsini, məktəblilər arasında təşkil olunmuş turniri izlədim. Gördüklərim məni heyran etdi. Məktəbli qızların futbolla maraqlanmasını, qızlar arasında bu idman növünə həvəs yaranmasını xüsusilə qeyd etmək istərdim. Bu, yalnız qızlar arasında deyil, həm də bütövlükdə futbolun inkişafı üçün vacibdir. Çünki bu gün futbol oynayan 10-12 yaşlı qızlar gələcəkdə futbolçu olmasalar da, futbola bağlı qalacaqlar, futboldan uzaqlaşmayacaqlar. Bu, onların sağlam yaşamaları üçün də vacibdir. Bütün bu görülən işlər ümumilikdə futbolun inkişafı deməkdir. Heç də hər ölkə dünya və Avropa çempionatının seçmə mərhələsindən uğurla keçə bilmir. Ancaq irəliyə - gələcəyə baxmaq, milli komandanın uğurları üçün kütləvi futbolu inkişaf etdirmək çox vacibdir. Mən bu gün ölkənizdə futbolun kütləviliyi naminə böyük işlərin görüldüyünü müşahidə etdim. Təbii ki, bütün bu işlər AFFA-da işlərin düzgün qurulduğunun göstəricisidir. AFFA bu sahədə düzgün yol tutub».
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi