Çempionlar Liqasında finalçılar bəlli oldu

Çempionlar Liqasında finalçılar bəlli oldu
DÜNYA FUTBOLU 11 May 2017 / 00:40 11425
-  A +

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab görüşlərinə yekun vurulub.

Qol.az-ın məlumatına görə, 6 gün əvvəl olduğu kimi, azarkeşlər yenə də Madrid derbisinə şahidlik ediblər. 

Öz meydanında "Real"ı qəbul edən "Atletiko" ilk görüşdəki məğlubiyyətin əvəzini çıxıb - 2:1. Lakin Dieqo Simeonenin komandası səfərdə keçirilən görüşdə 0:3 hesabı ilə məğlub olduğundan bu qələbə yetərli olmayıb. İki oyunun nəticəsinə görə finala "Real" yüksəlib.

Qeyd edək ki, Zinəddin Zidanın komandası finalda  "Yuventus"la qarşılaşacaq. Həlledici oyun iyunun 3-də Uelsin Kardif şəhərində keçiriləcək. 


Çempionlar Liqası

1/2 final, cavab oyunu

10 may

“Atletiko” - “Real”  - 2:1
Qol:
Saul Niqes, 12 (1:0), Antuan Qrizmann,16-pen (2:0), İsko, 42 (2:1)
İlk oyun - 0:3

9 may

“Yuventus” - “Monako” - 2:1
Qollar:
Mario Mandzukiç, 33 (1:0), Dani Alveş, 45 (2:0), Embappe, 69 (2:1) 
İlk oyun - 2:0

Xatırladaq ki, ÇL-in finalı iyunun 3-də Kardiffdə keçiriləcək.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq