"Heç-heçəni ədalətli nəticə sayıram" - Yaşar Vahabzadə

"Heç-heçəni ədalətli nəticə sayıram" - Yaşar Vahabzadə
ÖLKƏ FUTBOLU 8 May 2017 / 22:01 3273
-  A +

"Nəticədən razı qaldım. Lakin səhvlərimiz var idi. Hər iki komandanın qol vurmaq şansları oldu. Heç-heçəni ədalətli nəticə sayıram".

Qol.az-ın məlumatına görə, bunu 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Yaşar Vahabzadə IV İslam Həmrəyliyi Oyunlarının qrup mərhələsi çərçivəsində Kamerun yığması ilə qolsuz bərabərə qaldıqları oyundan sonra deyib.

57 yaşlı mütəxəssis bildirib ki, əsas məqsəd qrupdan çıxmaqdır. Onun sözlərinə görə, bu cür turnirlərdə ilk matçda uduzmamaq böyük önəm kəsb edir.

Azərbaycan millisi ilə birgə A qrupunda yer alan Mərakəş yığmasının da oyununu bəyəndiyini söyləyən Y.Vahabzadə qarşıdakı oyunlarda lazım olan xalları toplamağa çalışacaqlarını vurğulayıb (report.az).

Daha çox


Son xəbərlər