Birinci divizionun qalibi “Turan Tovuz”un Premyer Liqaya buraxılmayacağı barədə xəbərlər yayılıb.
Qol.az-ın məlumatına görə, komandaya sponsor tapılmadığı üçün AFFA-nın kluba lisenziya verməyəcəyi iddia edilir.
Qeyd edək ki, AFFA yeni mövsümdən Premyer Liqada iştirak üçün lisenziya alacaq komandaların adlarını mayın 12-də açıqlayacağını elan edib.
Hələlik rəsmi təsdiqlənməmiş məlumata görə, yeni mövsümdən Premyer Liqada "Səbail", "Zaqatala" və "Şəmkir" yarışacaq, sponsor tapa bilməyən "Turan" və "Ağsu" isə divizionda qalacaq.
Məsələ ilə əlaqədar tərəflərdən heç biri açıqlama verməyiblər.
“Turan”ın Premyer Liqaya buraxılmayacağı barədə xəbərlər yayıldıqdan sonra isə bu komandanın bir qrup azarkeşi sosial şəbəkədə bəyanat yayıb. Bəyanatda bildirilir: “Bbirinci divizionda çempionluğu bayram edən “Turan Tovuz” növbəti mövsümdən Premyer Liqada çıxış etmək hüququ qazandı. Lakin son günlərdə mətbuatda “Turan Tovuz”un Premyer Liqaya buraxılmayacağına dair xəbərlər yer almaqdadı.Azərbaycan futbolunu beşiyi, futbolumuzun döyünən ürəyi Tovuzun Premyer Liqaya rəng qatacağı bütün ölkəyə məlumdu.
Rəhbərlik səviyyəsində maliyyə məsələsinin həll olunması üçün lazımı tədbirlər görülür. İnanırıq ki, ən qısa müddətdə bu məsələ həllini tapacaq və doğma komandamız Premyer Liqaya vəsiqə qazanacaq.
Bizlər, tovuzlular şanlı komandamıza dəstəyimizi daim göstərmişik və hər zaman yanında olmuşuq. May ayının 9-da saat 12-00-da Tovuz şəhər stadionunun önündə “Turan Tovuz”a dəstək yürüşü keçiriləcək. Tovuzu, “Turan”ı sevən hər kəsi bu tədbirə dəvət edirik! Səsimizi duyurmaq üçün hamımız bir olaq!”
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı