Azərbaycan kubokunun finalında “Qəbələ”yə 2:0 hesabı ilə qalib gəldikləri final oyunundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.
Qol.az sport24.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis öncə matç barədə fikirlərini bildirib.
- Komandamı təbrik edirəm. Ağır mövsüm keçirdik. Ardıcıl üç mövsüm “qızıl dubl” etmək böyük arzu idi. Çox şükür, hər şey ürəyimizcə oldu. “Qəbələ”yə də təşəkkür edirəm. Yaxşı oyunlarımız oldu. Bugünkü matçdan razı qaldım. Komanda qələbə üçün hər şeyi etdi. Çox çalışıb uğurlarımızı davam etdirməyə çalışacağıq.
- Bu gün “Qarabağ” nəyin hesabına “Qəbələ”dən üstün oldu. Sizdə nə var idi ki, rəqibdə bu çatışmadı?
- Nəsə demək doğru olmaz ki, bizdə bu var idi, “Qəbələ”də yox idi. Sadəcə əlimizə düşən imkanlardan istifadə etdik. Qol epizodlarımız daha çox oldu və bunlardan yararlandıq. Həm hava şəraiti, həm də meydan amili çətinlik yaradırdı, amma komanda əlindən gələni etdi. “Qəbələ” haqda fikir bildirmək doğru olmaz. Bu mövsüm ən çətin oyunlarımız onlara qarşı oldu.
- Hazırlıq planlarınız necədir?
- İyunun əvvəli toplaşacağıq. Ayın 1-ə planlaşdırmışıq. 1-2 gün dəyişiklik, ləngimə ola bilər. Bəzi futbolçular milliyə gedəcəklər. Amma oyunçuların çoxu heyətdə olacaq. Əvvəlcə Bakıda toplaşacağıq, sonrasını hələ dəqiqləşdirməmişik.
- “Qızıl dubl”u kimə həsr edirsiz?
- Bizim işimiz budur. Öz komandamıza, “Qarabağ”lılara həsr edirik.
- Rəşad Sadıqovu zədə səbəbindən meydandan çıxardınız. Durumu nə qədər ciddidir?
- Rəşadın dizində bir az ağrı oldu. Ona görə dəyişdik. Qəti bir şey demək olmaz. Bir neçə günə dəqiqləşəcək.
- Komandada dəyişikliklər olacaqmı?
- Transfer planlarımız var. Nə qədər imkanı olsa, heyəti genişləndirməyə çalışacağıq. Bəzi oyunçularla danışıqlar gedir. Axtarışlarımız davam edir. 4-5 və ya daha çox oyunçu almaq istəyirik. Hər şey danışıqlardan asılı olacaq.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi