Mayın sonunda Naxçıvanda keçiriləcək Heydər Əliyev kuboku adına beynəlxalq turnirin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iştirak edib.
Budəfəki turnir mayın 26-da 6 və ya 8 komandanın iştirakı ilə start götürəcək. Komandaların adları mayın 20-də açıqlanacaq. Turnirin qalibinə Türkiyədə hazırlanmış kubok təqdim olunacaq.
Musayev turnir və ölkə kubokunun finalının Naxşıvana salınması haqda fikirlərini bölüşüb:
- Sevindirici haldır ki, Naxçıvanda bütün idman növləri inkişaf edib. Nəinki futbol, bütün idman növlərinə böyük maraq var. Naxçıvanı idman şəhəri adlandırmaq olar. Çox sual verildi ki, kubokun finalını niyə Naxçıvana saldınız? Mən də sual verirəm ki, niyə Naxçıvanda keçirməyək? Nəyi pisdi? Əlbəttə, kubokun finalını Bakıda da keçirə bilərdik. Amma niyə Naxçıvanda keçirməyək ki? Məncə, “Qəbələ” və “Qarabağ”ın futbolçları da Naxçıvandan razı qalıblar. Onların ıegionerləri bu gözəl güşəmizi görməmişdilıər. Dünən "Qəbələ"nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk Naxçıvan haqda ağızdolusu danışdı. İnşallah, bu gün maraqlı oyun izləyəcəyik. Hansı komanda qalib gəlsə, təbrik edəcəyik. Bir dəfə kubokun finalını Qəbələdə keçirdik. Superkuboku isə bərpa edəndən sonra Naxçıvanda təşkil etdik. Bunun nəyi pisdi? İnşallah, bu gün maraqlı oyun izləyəcəyik. Bəli, mayın 26-da burda Heydər Əliyevin xatirəsni həsr olunmuç turnir keçiriləcək. Turnirdə bir neçə xarici və yerli komanda iştirak edəcək. Bütün komandalar Naxçıvanda oynamağa razıdırlar. Ölkə xaricindən də komandalar bu turnirə qatıla bilərlər. Söz veriblər, dəqiqləşməmiş yazılı məlumat vermək istəmirik. “Şəmkir”, MOİK və “Zaqatala” da bu turnirə qatılmaq istəyir”.
- Naxçıvan turnirində əcnəbi komandaların iştirak edəcəyini dediniz. Bəs, əcnəbi hakimlər də dəvət olunacaqmı?
- Yox. Əcnəbi hakimlərin gətirilməsinin əleyhinəyəm. Bu, yerli referilərə hörmətsizlik olar. Çempionlar Liqasında 3 qol oyundankənar vəziyyətdən vurulur və bütün qollar qeydə alınır. Ona görə də öz hakimlərimizə şükür edirəm. Sadəcə, hakimlərimizin üzərində təzyiq olduğuna tez-tez səhv edirlər. Həmişə klub rəhbərliyinə deyirəm ki, hakimlərimizin üzərinə getməyək. Məncə, təzyiq nə qədər az olsa, o qədər də səhv az olacaq. Bizim hakimlərdən danışırıqsa, rüşvətdən, qərəzdən söhbət gedə bilməz. Bu, mümkün deyil. Sadəcə, təzyiq olanda o insan özünü itirir. Klub rəsmilərinə də deyirəm ki, gəlin, hakimlərin üzərinə çox getməyək.
- “Qarabağ” və “Qəbələ”nin azarkeşləri finalın Naxçıvanda keçirilməsindən narazıdırlar...
- Bəs burdakı azarkeşlər? Onları saymırsınız? İndi görəcəksiniz ki, finalda nə qədər azarkeş olacaq. Dünən bir azyaşlı mənə yaxınlaşdı və bilet istədi. Dedi ki, final oyununa görə Naxçıvana gəlmişik. 5-6 yaşlı uşaqlar gəlib dedilər ki, mənə 3 bilet verin. Dedim biletləri neynirsən? Qayıtdı ki, mən, anam və bacım futbola baxmaq istəyirik. Gəlmək istəyən oğlan gəlir. “Qəbələ”nin və “Qarabağ”ın çempionatdakı son oyunlarına baxın, görün, nə qədər azarkeşləri gəlmişdi? Həmin oyunlar da Naxçıvanda keçirilirdi? İstəyən olsa, Naxçıvana da gələcək. Biz “CBC Sport” telekanalını böyük əziyyətlə Naxçıvana gətirdik ki, Bakıda və digər bölgələrdə olan azarkeşlər də finalı izləsinlər. Düşünürəm ki, hər kəs finalı izləyə biləcək (sport24.az).
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi