Di Mariya və Tiaqo Motta cəzalandırıldı

Di Mariya və Tiaqo Motta cəzalandırıldı
DÜNYA FUTBOLU 5 May 2017 / 10:51 2046
-  A +

Fransa Futbol Federasiyasının İntizam Komitəsi PSJ-nin futbolçuları Anxel di Mariya və Tiaqo Mottanı cəzalandırıb.

Qol.az-ın "L'Equipe"yə istinadən yaydığı xəbərə görə, sözügedən yarımmüdafiəçilər Fransa Liqasının 35-ci turunda "Nitsa"ya qarşı matçda qırmızı vərəqə aldıqları üçün 2 oyunluq cəzaya məruz qalıblar.

Bu isə o deməkdir ki, onlar ölkə çempionatında "Bastiya" və "Sent-Etyen"lə görüşləri buraxacaqlar.

Qeyd edək ki, "Nitsa" - PSJ matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır