AFFA bu tarixdə mühüm qərarları açıqlayacaq - "Turan", "Şəmkir" və...

AFFA bu tarixdə mühüm qərarları açıqlayacaq - "Turan", "Şəmkir" və...
ÖLKƏ FUTBOLU 4 May 2017 / 11:52 4554
-  A +

Mayın 12-də AFFA-nın inzibati binasında Lisenziya Komissiyasının iclası keçiriləcək.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, iclasda 2017-2018-ci il lisenziyalaşdırma mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş klubların ərizələrinə baxılacaq və müvafiq qərarlar qəbul olunacaq.

Xatırladaq ki, başa çatan mövsümdə birinci diviziondan “Turan”, “Səbail” və “Ağsu” Premyer Liqada oynamaq hüququ əldə edib. Onların yüksək liqada oynaması üçün tələb edilən lisenziyanın verilib-verilməməsi ilə bağlı qərar da bu iclasda rəsmiləşəcək.

Bundan başqa, birinci divizondan “Şəmkir”in də lizensiya üçün müraciət etdiyi bildirilir.

Daha çox


Son xəbərlər