Finalı onlar idarə edəcək

Finalı onlar idarə edəcək
ÖLKƏ FUTBOLU 4 May 2017 / 10:46 2652
-  A +

“Qarabağ” və “Qəbələ” klubları arasında keçiriləcək Azərbaycan kubokunun final oyununun təyinatları müəyyənləşib.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı  xəbərə görə, matçın baş hakimi Fariz Yusifov olacaq. Ona Vaqif Musayev və Namiq Hüseynov köməklik edəcək. Dördüncü hakim funksiyasının Əliyar Ağayev yerinə yetirəcək.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Qəbələ" görüşü mayın 5-i saat 16:00-da başlayacaq. Matç "CBC Sport" telekenalı vasitəsi ilə canlı yayımlanacaq.

Daha çox


Son xəbərlər