Buffona tərif, Mbappeyə irad

Buffona tərif, Mbappeyə irad
DÜNYA FUTBOLU 4 May 2017 / 10:12 4543
-  A +

"Komandamız yaxşı oyun nümayiş etdirdi.  Amma "Yuventus"a qarşı oynamaq çətindir".

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Monako"nun baş məşqçisi Leonardo Jardim Çempionlar Liqasının yarımfinalında "Yuventus"a 0:2 hesabı ilə uduzduqları ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Kilian Mbappe boşluqlar tapa bilmədi, amma o, bunu öyrənməlidir. Buffon möhtəşəm qurtarışları ilə "Yuventus"un qələbəsində önəmli rol oynadı" - deyə o bildirib.

L.Jardim finalda oynamaq şanslarının hələ də qaldığını söyləyib: "Düzdür, bu, çətin olacaq. Ancaq biz final şanslarımızın qaldığına inanırıq. Kiçik bir şans da bizim üçün önəmlidir. Ölkə çempionatında "Nansi"yə qalib gələrək Torinaya getmədən əvvəl özünəinamı yüksəltməliyik".


Qarabağ FK
Son xəbərlər
topaz banner