Bu gün fəaliyyətini dayandıran AZAL klubunun vitse-prezidenti Fikrət Hüseynov Qol.az-ın suallarını cavablandırıb.
- AZAL klubunun ləğv olunacağı çoxdan bəlli idi?
- Xeyr. Bugünlərdə bilindi. Bu gün isə klubun ləğv olunması haqda qərar verildi.
- Futbolçulara belə bir vəziyyətin yaranacağı haqda məlumat verilmişdi?
- Heç kim məlumatlandırılmamışdı. Çünki biz özümüz də belə olacağını bilmirdik.
- AZAL “Zirə”yə dəstək olacağı haqda bəyanat yayıb. Dəstək deyəndə nələr nəzərdə tutulur?
- AZAL-ın yaxşı infrastrukturu var. İndiki halda “Zirə”yə infrastruktur və maddi-texniki dəstək verəcəyik. “Zirə” qısa zamanda böyük uğura imza atıb. AZAL rəhbərliyi də istəyir ki, Bakı ətrafı qəsəbələri təmsil edən güclü klub olsun. Son zamanlar AZAL zəifləmişdi. Stadionumuz, bazamız, otelimiz “Zirə” klubuna verilir.
- AZAL-ın futbolçuları da “Zirə”yə keçəcək?
- Bizim 95 faiz futbolçularla müqaviləmiz başa çatmışdı. “Zirə” kimi heyətinə cəlb edəcəyini deyə bilmərəm.
- AZAL nə vaxtsa yenidən fəaliyyətə başlaya bilər?
- Bu barədə indi nəsə deyə bilmərəm. Bu, rəhbərliyin qərarıdır. Bu gün üçün reallıq odur ki, klub fəaliyyətini dayandırdı.
- Klubun ləğv olunmasının əsas səbəbi nədir? Komanda yüksək liqanı tərk etməsəydi, fərqli qərar verilə bilərdi?
- Əslində səbəb maddi durumun yaxşı olmamasıdır. İndiki maliyyə şərtləri ilə klub saxlamaq olmazdı. Ona görə də futbolumuza dəstək olmaq məqsədəuyğun sayıldı.
- Yəni kluba daha çox büdcə ayrılsaydı, AZAL dağılmazdı.
- Bəli.
- AZAL kollektivindən kimsə “Zirə”də işləyəcək.
- Yox, bizim işçilərdən heç kim orda çalışmayacaq.
- Bəs, aşağı yaş qrupları üzrə komandalarınızın aqibəti necə olacaq?
- Onlar da olmayacaq. Bütün komandalarımız fəaliyyətini dayandırır.
Ramiq AĞAMƏMMƏDOV
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi