“Qarabağ” afrikalı hücumçu alır?

“Qarabağ” afrikalı hücumçu alır?
ÖLKƏ FUTBOLU 2 May 2017 / 21:35 7405
-  A +

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” Cənubi Afrika Respublikası (CAR) millisinin üzvü Tokelo Rantieni transfer edə bilər.

Qol.az-ın xəbərinə görə, bu haqda məlumatı CAR-ın Soccerladuma.co.za saytı yayıb.

Bildirilir ki, Ağdam təmsilçisi Türkiyənin “Gənclərbirliyi” klubunun hücumçusunu yay transfer dönəmində heyətinə qatmaq istəyir.

Qeyd edək ki, 2016-cı ilin yayından “Gənclərbirliyi”ndə oynayan 26 yaşlı forvard ümumilikdə 20 oyuna 4 qol vurub. Əvvəllər “Malmö” və “Botnmut”da da çıxış etmiş futbolçu 2012-ci ildən CAR millisinə dəvət alır.

Xatırladaq ki, “Qarabağ”ın hücumçusu Dino Ndlovu da cənubi afrikalıdır.

Daha çox


Son xəbərlər