“Zirə” 3 futbolçusu ilə yollarını ayırdı

“Zirə” 3 futbolçusu ilə yollarını ayırdı
ÖLKƏ FUTBOLU 2 May 2017 / 19:03 4223
-  A +

Avropa Liqasına vəsiqə qazanan “Zirə” heyətlə bağlı çalışmalara start verib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Ayxan Abbasov müqaviləsi başa çatan 3 futbolçu ilə yolları ayırmağı qərara alıb.

Sözləşməsi başa çatan Tural Cəlilov və Yamin Ağakərimzadə ilə yanaşı, icarə müddəti bitən Migel Lorensoya yeni müqavilə təklif olunmayıb.

Qeyd edək ki, komandanın yarımmüdafiəçisi Cavid Tağıyev də "Zirə"dən ayrıldığını açıqlayıb.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu