Mayın 3-də start götürəcək “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turu ilə əlaqədar Respublika Velotrekində mətbuat konfransı keçirilib.
Qol.az-ın xəbərinə görə, tədbirdə veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov və yarışın texniki direktoru, Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer iştirak edib.
Veloturun Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2017" barədə ətraflı məlumat vererək bildirib ki, yarış gözəl idman tədbiri olmaqla yanaşı, ölkəmizin beynəlxalq arenada təbliği baxımından mühüm rol oynayır:
“Velosiped idmanı başqa idman növlərindən onunla fərqlənir ki, digər yarışlar əsasən qapalı məkanda keçirildikləri halda, bu yarışlar yüz kilometrlərlə məsafəni əhatə edir və düzənlik, dağlıq ərazilərdən, müxtəlif şəhər, rayon, qəsəbə və kəndlərdən keçməklə təşkil olunur. Təbii ki, bu da ölkənin beynəlxalq səviyyədə tanınması, onun görməli yerlərinin, turistləri maraqlandıran məkanların bütün dünyaya təqdim edilməsi üçün çox vacibdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 94-cü ildönümünə həsr olunan "Tour d'Azerbaidjan-2017" beynəlxalq velosiped turu Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunur. Velotur ölkəmizin qəbul edəcəyi 4-cü İslam Həmrəyliyi Oyunları öncəsi dünya idman ictimaiyyətinin diqqətini bir daha Azərbaycana yönəldəcək”.
Builki yarışda 18 ölkədən 22 komanda mübarizə aparacaq ki, onlardan da 6-sı peşəkar kontinental, "Synergy Baku" da daxil olmaqla 16-sı kontinental kollektivdir. İştirakçılar 1-ci mərhələdə Bakı - Sumqayıt (150 km), 2-ci mərhələdə Bakı - İsmayıllı (187 km), 3-cü mərhələdə Qəbələ - Şəki - Qəbələ (177 km), 4-cü mərhələdə Qəbələ - Ağsu - Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı - Abşeron - Bakı (158 km) marşrutu üzrə ümumilikdə 836 km məsafə qət edəcəklər. Əvvəlki illərdən fərqli olaraq bu il turun 4-cü mərhələsinə Ağsu dolaylarının əlavə edilməsi yarışa olan marağı daha da artırıb.
Azərbaycana hər səfərində bir çox müsbət dəyişikliklərin şahidi olduğunu deyən yarışın texniki direktoru Roland Hofer, ölkəmizdə velosiped idmanının günü-gündən inkişaf etməsindən, yeni idman qurğularının tikilməsindən məmnunluğunu bildirib. O qeyd edib ki, Azərbaycanda artıq velosiped idmanının inkişafı üçün gözəl baza yaradılıb, Velopark, BMX stadionu, Dağ Velosipedi parkı, Velotrek istifadəyə verilib. Elə bunun nəticəsidir ki, ölkəmiz 2018-ci ildə velosiped idmanının BMX növü üzrə dünya çempionatına ev sahibliyi edəcək ki, bu da ölkəmizin dünya velosiped aləmində mövqelərinin getdikcə güclənməsinin bariz nümunəsidir.
"Tour d'Azerbaidjan-2017" beynəlxalq velosiped turunun əvvəlki illərdə oluğu kimi, bu dəfə də uğurla keçəcəyinə əmin olduğunu deyən Roland Hofer, qonaqların Azərbaycandan ən xoş hisslərlə ayrılacaqlarına şübhə etmədiyini vurğulayıb.
Sonra jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət