“Neftçi” Şakir Qəribova əvəzləyici tapdı

XƏBƏR 10 Mart 2010 / 18:55 2210
-  A +

Neftçi” klubunun baş məşqçisi Arif Əsədov Şakir Qəribovun köməkçi-məşqçi vəzifəsindən istefasından sonra onu əvəzləyəcək şəxsi müəyyənləşdirib. Bu haqda Əsədovun özü məlumat verib. Onun sözlərinə görə, əsas köməkçi-məşqçi vəzifəsini Bəxtiyar Musayev yerinə yetirəcək. Musayev bunadək klubda seleksiyaçı-məşqçi kimi çalışırdı. Baş məşqçi komandada fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre və qapıçılarla işləyən məşqçi Neboyşa Manoyloviçin də işlədiyini xatırladıb.

Mənbə: lent.az 


Son xəbərlər
topaz banner