Qurbanov irəlilədi, Qriqorçuk gerilədi - dünya reytinqi

Qurbanov irəlilədi, Qriqorçuk gerilədi -  dünya reytinqi
ÖLKƏ FUTBOLU 1 May 2017 / 15:30 3848
-  A +

Dünyanın ən yaxşı futbol məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Qol.az-ın məlumatına görə, "World Coach Ranking" saytının təqdim etdiyi siyahıda Azərbaycandan da iki məşqçi - “Qəbələ” və “Qarabağ”ın baş məşqçiləri Roman Qriqorçuk və Qurban Qurbanovun da adı yer alıb.

Ötən cədvəldə 465-cü pillədə olan Qurban Qurbanov mövqeyini yaxşılaşdırıb. O, 23 pillə irəliləyərək aktivindəki 1361 xalla 442-cü yerdə qərarlaşıb.

Qriqorçuk isə 3 pillə geriləyib. Ukraynalı mütəxəssis aktivindəki 852 xalla 658-cidir.

Qeyd edək ki, sözügedən siyahının 1-ci pilləsində “Real”ın (İspaniya) baş məşqçisi Zinəddin Zidan yer alır.  Luis Enrike (“Barselona”, İspaniya) 2-ci, Dieqo Simeone (“Atletiko”, İspaniya) isə 3-cüdür. 

Daha çox


Son xəbərlər
topaz banner