"Xəzər Lənkəran" "Qəbələ" önünə itkilərlə çıxacaq

"Xəzər Lənkəran" "Qəbələ" önünə itkilərlə çıxacaq
XƏBƏR 10 Mart 2010 / 16:26 1867
-  A +

“Xəzər Lənkəran” cümə günü Unibank Premyer Liqasının final mərhələsi çərçivəsində "Qəbələ" ilə keçirəcəyi oyunun hazırlığına start verib. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq ilk hazırlığını tamamlayan cənub təmsilçisi bu gün iki dəfə məşq edəcək. Cümə axşamı isə "Xəzər Lənkəran" oyunun keçiriləcəyi stadionda son məşqinə çıxacaq. Xatırladaq ki, məşqçilər korpusu zədə üzündən Kamran Ağayev, Zabit Səfərov, Denis Kalinkov və Dieqo Qusmaonun xidmətindən istifadə edə bilmirlər.

Son xəbərlər