Fellayninin cəzası ağır oldu - 3 oyun

Fellayninin cəzası ağır oldu - 3 oyun
VİDEO 29 Aprel 2017 / 12:36 1825
-  A +

İngiltərə Futbol Assosiasiyası “Mançester Yunayted”in yarımüdafiəçisi Maruan Fellaynini üç oyunluq cəzalandırıb.

Qol.az-ın “The Independent”ə istinadən yaydığı xəbərə görə, buna belçikalı futbolçunun “Mançester Siti” ilə Premyer Liqadakı təxirə salınmış derbi matçında (0:0) rəqib futbolçu Serxio Aqueronu başla vurması səbəb olub.

Bu hərəkətinə görə Fellayni dərhal qırmızı vərəqə alaraq meydandan qovulub.

Həmin anın görüntüləri


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə