"Qarabağ"ın aparıcı futbolçularından olan Bədavi Hüseynov hər 4 çempionluqda heyətdə olub. Milli komandamızın da üzvü olan 27 yaşlı mərkəz müdafiəçisi liderlərdən sayılır. Bədavi müsahibəsində çempionluqlarını müqayisə edib, mövsümü "qızıl dubl" şansını dəyərləndirib.
- Bir müddət zədə üzündən kənarda qalmalı oldun və qaydışın son tura təsadüf etdi. Hazırda özünü necə hiss edirsən?
- Zədə problemim arxada qaldı. Sağalandan sonra "Sumqayıt"a qarşı oynadım. Düzdür, xeyli vaxtdan sonra oynamadığımdan bir az çətin idi. Ancaq ümumilikdə normal oldu. Oyun tempimə qayıtdım. Əsas odur. Qarşıda daha 2 oyun var. Biri çempionatın son turunda "Neftçi", digəri kubokun finalında "Qəbələ" ilə. Oyun formamı sonadək geri qaytarmalıyam.
- Son turda qızıl mealların və çempionluq kubokunun təqdimatı oldu. Məhz bu oyunda yaşıl meydana qayıtmağını təkid elədin?
- Yox. Sadəcə, baş məşqçi necə lazım olduğunu daha yaxşı bilir və heyəti müəyyənləşdirir. Oyuna hazır idim. Bütün həftəni məşq etmişdim. Artıq özümü yaxşı hiss edirdim. Buna görə də baş məşqçi mənə şans verdi.
- Üstəlik kapitanınız Rəşad Sadıqov yox idi. Ümumiyyətlə, bu mövsümdə hər ikiniz tez-tez zədəli olduğundan heç həmişə klubda və millidə müdafiənin mərkəzində duet təşkil etmədiniz. Rəşadsız oynamaq sənin üçün nə dərəcədə çətindi?
- Əlbəttə, Rəşad lider olduğundan onun meydanda olmamağı bizə çətinlik yaradı. Ancaq biz çalışırıq ki, Sadıqov zədə və ya başqa səbəbdən oynamayanda onun yoxluğunu sığortalayaq. Həm Maksim Medvedev, həm də Elvin Yunuszadə müdafiənin mərkəzində yaxşı təsir bağışlayır. Fikrimcə, onlarla birgə bu mövqedə çıxış etmək problem yaratmadı.
- "Qarabağ"la ardıcıl 4 çempionluğu qazanan futbolçulardansan. Bu uğurlu mövsümləri necə müqayisə edərdin? Hansı çempionluq daha çətin oldu?
- İlk qalibiyyət daha arzuolunandır. Çünki bu, birinci çempionluqdur. Son çempionluq isə daha çətin alındı. Ona görə ki, həm çox xal itkimiz oldu, həm də bir neçə futbolçumuzu itirdik. Lazım olan oyun formasını yığa bilmirdik. Ancaq qələbə istəyimiz həlledici oldu. Onu deyə bilərəm ki, Azərbaycanda çempionatda ildən-ildə çətinləşir. Çünki rəqiblər "Qarabağ"a qarşı daha motivasiyalı olurlar. Bu mövsüm isə "Qəbələ" bizə ciddi rəqib oldu, çempionluq mübarizəsinə çox yaxşı köklənmişdi. Bu komanda da çempion ola bilərdi, ancaq sonda yenə biz olduq.
- Bu komanda ilə finalda da oynayacaqsınız və çempionluğun əvəzini çıxmağa çalışacaq. Belə olan halda, mövsümü "qızıl dubl"la başa vurmağınız nə dərəcədə realdır?
- Başa düşürük ki, Naxşıvandakı finalda çox ağır olacaq. Bu titulu da qazanmaq istəyimiz böyükdür. Məqsədimizə çatmaq üçün köklənəcəyik. Hər şey bizim əlimizdədir. "Qızıl dubl" etmək üçün də mümkün olan hər şeyi edəcəyik.
- Necə düşünürsən, psixoloji cəhətdən "Qəbələ" daha üstün olacaq, yoxsa?
- Hesab edirəm ki, rəqib qələbə qazanmaq üçün irəli atılacaq. Çünki "Qəbələ"nin itirməyə heç nə yoxdur. Mövsümü titulla başa vurmaq istəyəcəklər. Elə biz də. Maraqlı qarşılaşma olacaq.
Mənbə: sport24.az
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət