"Qarabağ"dan növbəti transfer

"Qarabağ"dan növbəti transfer
ÖLKƏ FUTBOLU 26 Aprel 2017 / 15:09 10361
-  A +

"Qarabağ" heyətinə yeni futbolçu cəlb edir.

Qol.az-ın məlumatına görə, Ağdam klubu "İnter"in futbolçusu Abbas Hüseynovu transfer edir.

Çempion bir müddət əvvəl danışıqlara başladığı 22 yaşlı müdafiəçi ilə razılıq əldə edib. Tərəflər arasında yaxın vaxtlarda  2 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, millimizə də dəvət olunan A.Hüseynov bu mövsüm "İnter"in heyətində 16 oyuna çıxıb və 1 qol vurub.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə