“Qarabağ”ın müdafiəçisi İlqar Qurbanov Qol.az-ın suallarını cavablanırıb.
- “Qarabağ” – “Sumqayıt” oyunundan sonra Azərbaycan çempionatının qalibi kimi qızıl medalları aldınız. Hansı hisləri keçirirsən?
- Şükürlər olsun ki, bu il də çempion olduq. Çox istəyirdik və bu istəyimizə nail olduq. Çətin çempionat oldu. Xallar itirdik, ikinci pilləyə endik. Ancaq buna baxmayaraq, biz öz oyunumuzu sona qədər davam etdirdik və qızıl medalların sahibi olduq.
- Bəzi komanda yoldaşların builki çempionluğun daha çətin qazanıldığını etiraf edir. Sən bu fikirlə razısan?
- Bəli, sözsüz ki, bu il çox çətin oldu. Bəzi vacib matçlarda xallar itirdik. İkinci pilləyə düşdükdən sonra yenidən liderliyə yüksəlmək asan olmadı. “Qəbələ” də, “İnter” də çox yaxşı komandadır. Onlara qarşı çətin oyunlarımız oldu.
- Çempionatda əsas rəqibiniz “Qəbələ” idi. Ümumiyyətlə, çempionluiq mübarizəsini necə dəyərləndirirsən?
- Mən deməzdim ki, tək əsas rəqibimiz “Qəbələ” idi. “İnter”lə 4 matçdan yalnız birində qələbə qazandıq. “Zirə” də, qış fasiləsindən sonra “Neftçi” də yaxşı mübarizə apardı. Əsas də ikinci dövrə çox gərgin keçdi.
- Düşünürsən ki, komanda növbəti mövsüm nəhayət ki, Çempionlar liqasının qrup mərhəlisində mübarizə apara biləcək?
- Bu barədə danışmaq üçün tezdir. Hələ qarşıda kubokun final matçı var. Çempionat bitdikdən sonra daha rahat danışa bilərik.
- Yayda klubunla müqavilən başa çatır. "Qarabağ"la danışıq aparmısan, təklif varmı?
- Xeyr, hələ ki, danışıq aparmamışam. Mən həmişə çempionat tam bitdikdən sonra qərarımı verirəm. Vacib oyun var qarşıda, komandada heç kim müqavilə haqda düşünmür.
- Başqa klublardan təklif olsa, gedəcəksən?
- Mən hazırda “Qarabağ”ın futbolçusuyam. Heç bir klubla da danışıq aparmamışam. Hələ ki, bu barədə düşünmək üçün tezdir.
- Proseniçeki açıqlamasında demişdi ki, milli komandada yeni adlar olmayacaq. Daimi matçlara çıxırsan “Qarabağ”da, amma milliyə dəvət almırsan.
- Baş məşqçimizin qərarıdır. Mən futbolçuyam, heç bir məşqçinin işinə qarışa bilmərəm. Prosineçkiyə də deyə bilmərəm ki, məni milliyə çağır. Bu, futbolçuya yaraşmaz. Yenə məşqimə davam edirəm, oyunlara çıxıram. Qismət olsa, olar. Olmasa da xeyirlisi..
- Mayın 5-də Naxçıvanda Azərbaycan kubokunun finalında “Qəbələ” ilə üz-üzə gələcəksiniz. Necə oyun gözləyirsən? “Qəbələ” mövsümü titulsuz başa vurmaq istəmir və matça çox istəkli çıxacaq.
- “Qəbələ” bu il həqiqətən də çox iddialıdır. Yaxşı komanda yığıb. Final da bir oyunluqdur. Qələbə qazanan kuboku götürəcək. Yəni, indidən nəsə demək olmur. Əminəm ki, maraqlı oyun, gərgin mübarizə olacaq.
- Səncə, finalın Naxçıvanda olması oyuna azarkeşlərin az gəlməsi baxımından təsir edəcək?
- Elə düşünmürəm. Mən inanıram ki, Naxçıvanda da bizi dəstəkləməyə azarkeşlər gələcək.
Məftun RƏSULZADƏ
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi