"Karvan"ın heyətində itki var

XƏBƏR 9 Mart 2010 / 13:03 1989
-  A +

“Karvan” klubu Unibank Premyer Liqasının final mərhələsinə hazırlığını gündə iki dəfə məşqlə davam etdirir. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, XXIII turda səfərdə "Simurq"la qarşılaşacaq Yevlax təmsilçisinin oyunöncəsi heyətində cəmi bir itki var. Zədəsi davam edən müdafiəçi Ernani Pereyranın cümə günü keçiriləcək oyunda meydana çıxması sual altındadır. Qasıq nahiyəsində ağrıları olan braziliyalı futbolçu haqqında son qərar oyun günü veriləcək.

Daha çox


Son xəbərlər
16.12.25  11:14

18 ildən sonra

16.12.25  11:04

Jardim istefa verdi