Qarabağ”ın futbolçusu Riçard Almeyda Topaz Premyer Liqanın 26-cı turunda səfərdə “İnter”i 3:0 hesabı ilə məğlub edərək çempion olduqları oyundan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Ardıcıl olaraq, 4-cü dəfə çempion oldunuz. Nə hisslər keçirirsən?
- Üç il öncəki kimi, bu il də çempionluq çətin oldu. Bəzən eniş, bəzən də yüksəliş dövrlərimiz oldu. Məşqçilər heyəti də və biz futbolçular sona qədər çempionluğa inandıq. Məşqçinin tapşırıqlarını yaxşı yerinə yetirdik və nəticədə qələbə qazandıq. "İnter"i bu mövsüm məğlub edə bilməmişdik. Bu qələbə xüsusi oldu.
- Qəbul edirsən ki, bu mövsüm çempionluğu daha çətin əldə etdiniz?
- Bəli, razıyam. Bu il daha çətin oldu. Zədəli futbolçularımız var idi. Ancaq həmin futbolçuları əvəz edən oyunçular bu işin öhdəsindən yaxşı gəldilər.
- Çempionlar Liqasında "Qarabağ" uğurlu çıxış edə biləcək?
- Hələ çempionatın bitməyinə iki matç qalıb. Kubokun finalı da var. Yəni, çalışmaq lazımdır. Çempionlar Liqasının qrup mərhələsində çıxış etmək tək mənim yox, məşqçilərin, digər futbolçuların və azarkeşlərin də arzusudur. Çalışacağıq ki, bu arzunu reallaşdıraq.
- Düşünürsən ki, bu çempionluq kubokun final matçını daha da prinsipial edəcək?
- "Qəbələ"nin ustalıq səviyyəsi yüksək olan oyunçuları və güclü məşqçiləri var. Təbii ki, bizdə də belədir. Baş məşqçimiz güclü mütəxəsis və yaxşı insandır. Bizə çox kömək edir və dəstək olur. Artıq 3 oyun qalıb. Həmin matçlara fikir verməliyik. Ümid edirəm ki, həmin gün daha yaxşı çıxış edib, meydandan qalib ayrılacağıq.
Məftun RƏSULZADƏ
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır