AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqanın 26-cı turunda "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Rəqibi təbrik edirəm. Çox istəkli idilər. Bizdə istək çatışmırdı. Komandada zədəlilər də çox idi. Bu cür ağır vəziyyətdə oyunçuları itirmək çox çətindir. İlk dövrədə "Qarabağ”a böyük hesabla məğlub olduqdan sonra heç bir oyunda belə uduzmamışdıq. Çempionatın sonuna az qalıb. Heç kimi ittiham etmək istəmirik. İki tur qalıb. Bu iki turu da yola verək, sonra baxarıq necə olacaq.
- Emin Cəfərquliyevin yoxluğu komandanın oyununa necə təsir etdi?
- Bu gün Azərbaycanda universal oyunçulara daha çox ehtiyac var. Ehtiyatda qapıçıdan əlavə 6 oyunçu olur. Meydanda isə 10 oyunçu. Bir oyunçu belə olmayanda, bu özünü bariz göstərir. Xüsusilə də, bizim kimi maddi çətinliyi olan komandalarda.
- Vitse-prezident Vaqif Qasımov komandanın yüksək liqada saxlanılacağı təqdirdə, vəziyyətin düzələcəyini deyib...
- Bu barədə məlumatım yoxdur. Mən də istəyərdim komanda yüksək liqada qalsın. Yaxşı infrastrukturu var. Mən qalacam, qalmayacam, bilmirəm. Lakin 99.9 faiz gedəcəm.
- Vəziyyət düzəlsə də?
- Yeni mövsüm avqustun birinci on günlüyündə başlayacaq. Vəziyyət düzələcəksə, bunu indidən bilməliyik ki, heyəti komplektləşdirək. Çempionat başlayandan sonra oyunçu yığmaq çox çətindir.
- Oyunçularınız sanki penaltini bölüşə bilmirdi...
- İlk dəfədir bizim lehimizə penalti verdilər. Ancaq bizim əleyhimizə 6 penalti verilib. Verməsələr də, mənim üçün sensasiya olmazdı. Penaltini niyə Nuqzar Kvirtiya vurdu, bilmirəm. Yəqin, öz aralarında elə razılaşıblar. Bizdə ştatlı penalti vuranlar Ruslan Əmircanov, Rəşad Abdullayev və Nuqzardır. Onlar yəqin öz aralarında belə razılaşıblar.
- Vaqif Cavadovun oyunu barədə nə deyə bilərsiniz?
- Ona vaxt lazımdır. Böyük klublarda oynadıqdan sonra pulsuz oynamaq yəqin ona da təsir edir. Heç kim heç kimi şəxsiyyətinə görə seçmir. Şəxsən mənim üçün futbolçunun dini, irqi, heç bir rol oynamır. O ki qaldı Vaqifə, hər şey onun öz əlindədir.
- Adətən, 65-ci dəqiqədə hər 3 əvəzetmədən istifadə etmirlər. Ancaq siz bu gün əvəzetmələri tez etdiniz, sonradan oyunçunuz Qalperin zədələnəndə, onu əvəz edə bilmədiniz...
- Hesab 0:4 olduğundan, mərkəzdəki boşluğu doldurmaq lazım idi. Ona görə, əvəzetmələri tez etdim (sportnet.az).
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç