"Zaqatala" Topaz Premyer Liqasına 3 vəsiqə uğrunda mübarizə aparan I Divizion təmsilçilərindəndir. Bu mənada "Səbail"lə ev oyununda qələbə çox vacib idi. Ancaq zaqatalılar 1:1 hesablı heç-heçə ilə barışmalı oldular. Klubun Müşahidə Şurasının sədri Musa Qurbanov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Öncə oyunla bağlı fikirlərinizi bildirərdiniz...
- Komandamızdan daha yaxşı oyun gözləyirdim. Futbolçularımız ilk hissədə yaxşı oynasalar da, fasilədən sonra bunu davamını gətirə bilmədilər. Nəticə oyuna görə oldu. Deyərdim ki, ilk hissədə hissədə biz, ikincidə rəqib yaxşı oynadı.
- Finişə iki tur qalmış “Zaqatala”nın Premyer Liqaya çıxmaq şanslarını necə dəyərləndirirsiz?
- Bizim üçün ilk iki yerdən birini tutmaq arzu olaraq qalacaq. Məncə, şansımız yoxdur.
- Gəlin, başqa mövzuya keçək. Dünən (srağagün – red.) Azərbaycan futbolunda ad qoymuş şəxslərdən biri, qardaşınız Qurban Qurbanovun 45 illik yubileyi idi. Onun karyerasında sizin də rolunuz olub. Bir az da bu barədə danışardız...
- Danışılacaq çox şey yoxdur. Çünki Qurbanın həyatı göz qabağındadır və hamının bundan xəbəri var. Qardaşımın 45 yaşı tamam oldu. Biz, ümumiyyətlə, ad günlərinə, yubileylərə o qədər də önəm vermirik. Dünən görüşümüz axşam saatlarında oldu. Adi günlərdən biri kimi görüşdük, söhbətləşdik. İkimizdən başqa heç kim yox idi.
- Qurban Qurbanovun bir zaqatalalı olaraq burdakı işinizlə, klubla əlaqələri varmı?
- Demək olar ki, hər gün görüşürük. Həm “Qarabağ”, həm “Zaqatala” haqda müzakirələrimiz olur. Necə mən onun işiylə maraqlanıramsa, o da eynilə həmin şeyi edir. Lazım olanda bir-birimizə məsləhətlər veririk.
- Turnir cədvəlindəki vəziyyəti kənara qoysaq, “Zaqatala” lisenziya tələbləri baxımından Premyer Liqaya hazırdırmı?
- Nəticəyə ümidli idik. İlk dövrədə göstərdiyimiz oyunla I Divizionun ən güclülərindən biri idik. Sadəcə, ikinci dövrədə bir neçə futbolçumuz zədələndi. Bununla özümüzə bəraət qazandırmıram, amma bizə ciddi problem yaratdı. Üstəlik, I Divizionda bir mövqeyə iki yaxşı futbolçu tapmaq çətindi. Digər tərəfdən çalışdıq ki, komandamız əsasən yerli futbolçulardan təşkil olunsun. Liesnziyalaşdırma məsələlərinə da ciddi yanaşmışdıq. Bəlkə də I Diviziondan sənədləri ən tez biz təqdim etmişdik. Uşaq komandalarının hazırlığı, yüksək kateqoriyası olan məşqçilərin olması və digər məsələlərə də diqqət yetirmirçik. Struktur baxımından da bir çox bölgələrdən üstünlüyümüz var. Məsələn, stadionun olması, olimpiya bazasının mövcudluğu, böyük azarkeş kütləsi və sair. Bir sözlə, kisenziyalaşma üçün lazım olan bütün meyarlara cavab veririk.
- Bir dəfə belə açıqlama vermişdiniz ki, ilk 3 yerdən birini tutmasanız, lisenziya üçün müraciət etməyəcəksiz...
- Lisenziya üçün müraciət etməyə ixtiyarımız yoxdur. Çünki o zaman müraciət edə bilərik ki, ilk iki yerləri tutanlardan hansısa biri müraciət etməsin. Onlarda problem yaranmasa, bizim müraciət etməyimiz doğru olmaz. Bu, həm də qeyri-etik olar.
- Baş məşqçi vəzifəsində dəyişiklik edəcəksiniz?
- Hələ iki tur var. İnidən bu haqda danışmaq düz olmaz.
Mənbə: sport24.az
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu