Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev mayın 5-də Azərbaycan kubokunun final oyununun keçiriləcəyi Naxçıvan şəhərinə səfər edib. O, kubok oyununa görülən hazırlıq, stadionun son durumu ilə bağlı Qol.az-ın suallarını cavablandırıb.
- Kubok oyununun hazırlığı nə yerdədir?
- Artıq kubok oyununun hazırlıqlarına start verilib. Oyunu yayımlayacaq olan “CBC Sport” kanalının əməkdaşları ilə birlikdə Naxçıvan şəhər stadionuna getmişdik. Stadiona baxış keçirdik. Açılış mərasimi, səhnələrin harada qurulması, mətbuat harada yer ayrılması kimi məsələlərlə bağlı söhbət oldu. Hər şeyin qaydasında olduğunu deyərdim. Stadionda xırda təmir işləri görülür. Onlar da artıq yekunlaşmaq üzrədir.
- Meydançanın durumu necədir, ot örtüyü əlverişlidirmi?
- Stadionun ot örtüyü də yaxşı vəziyyətdədir. Ancaq hələ ot örtüyü biçilməyib. Meydançada örtük bərpa olunub. Yəni, problemli yer yoxdur. Sadəcə, ot hündürdü və matça 10 gün qalmış biçiləcək, tam qaydaya salınacaq.
- Oyunun hansı saatda baş tutacağı dəqiqləşib?
- Matç axşam saatlarında keçirilməyəcək. Çünki işıqlandırma sistemini qaranlıq olanda yoxladıq, əlverişli olmadığını gördük. Bu səbəbdən oyun gündüz vaxtlarında olacaq.
- Naxçıvan camaatı oyuna maraq göstərirmi?
- Bəli, oyuna xeyli maraq var. Şəhər sakinləri çox sevinirlər ki, Avroliqanın qrup mərhələsində mübarizə aparmış iki klubun matçını izləyəcəklər. Biz istəyirik ki, futbol bayramı olsun.
- Stadionun tam olaraq dolacağını gözləyirsiniz?
- Bəli. Məncə, stadion tam olaraq dolacaq. Arenanın 12 min azarkeş tutumu var. Mətbuat konfransı üçün yeni otaq yaradılıb. Paltardəyişmə otağı da tam qaydasındadır. Xırda çatışmazlıqlar vardı, onları da həll etdik.
Məftun RƏSULZADƏ
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu