PFL «Olimpik-Şüvəlan»ın ittihamlarına cavab verdi

XƏBƏR 6 Mart 2010 / 16:41 2156
-  A +

Peşəkar Futbol Liqası «Olimpik-Şüvəlan» klubunun AFFA-nın dünən keçirilən konfransına dəvət olunmaması ilə bağlı yaydığı bəyanata münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev Qol.Az-ın müxbiri ilə söhbətində deyib ki, mövcud qaydalara görə, PFL-in AFFA-nın konfransında on səsi var: «Bunlardan biri PFL-in prezidentinə, digər doqquzu klublara məxsusdur. Buna görə də üç klub - «Karvan», «Turan» və «Olimpik-Şüvəlan»a səsvermə hüququ verilməyib. Əgər bizim 13 yerimiz olsaydı, bütün klublara mandat verərdik».


Son xəbərlər