AFFA Tural Cəlilovun cəzasının müddətini azaltdı

XƏBƏR 6 Mart 2010 / 15:17 1916
-  A +

Dünən AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda  “Simurq” və “Muğan” FK tərəfindən müvafiq olaraq futbolçu Tural Cəlilova və “Muğan” FK-nın  əvəzedici heyətinin baş məşqçisi Elşad Quliyevə qarşı tətbiq edilmiş cəza ilə bağlı verdikləri apellyasiya şikayətinə baxılıb. İclasda “Simurq” FK-nın futbolçusu Tural Cəlilovun cəzasının 1 oyunluq azaldılması barədə qərar qəbul edilib. “Muğan” FK-nun baş məşqçisi Elşad Quliyevlə bağlı verdiyi apellyasiya şikayəti isə təmin edilməyib. 
Qeyd edək ki , İntizam Komitəsinin fevralın 23-də keçirilmiş iclasında Elşad Quliyev hakimlər briqadasını təhqir etdiyindən 4 oyunluq,  klubu isə 2000 manat cərimələnmişdi. Tural Cəlilova gəldikdə isə, o, “Olimpik-Şüvəlan”ın futbolçusunu dirsəklə vurduğuna görə 2 oyunluq cəzalandırılmışdı.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu