Dortmundda bomba şoku – “Monako” ilə oyun təxirə salındı

Dortmundda bomba şoku –  “Monako” ilə oyun təxirə salındı
DÜNYA FUTBOLU 11 Aprel 2017 / 22:20 7804
-  A +

Çempionlar Liqasının 1/4 finalında bu gün keçirilməli olan “Borussiya” – “Monako” oyunu təxirə salınıb.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb “Borussiya”nın futbolçularını oyuna aparan avtobusun yaxınlığında bomba partladılması olub. Partlayış “Siqnal İduna Park” stadionundan 10 kilometrlik məsafədə törədilib.

Komandanın ispaniyalı müdafiəçisi Mark Bartranın yaralandığı və xəstəxanaya aparıldığı bildirilir.

Artıq Dortmund klubu insidentlə bağlı rəsmi açıqlama yayıb. Futbolçuların təhlükəsizliyinin təmin edildiyi qeyd olunub. 

Qeyd edək ki, matçın sabah keçirilməsi nəzərdə tutulub.


Son xəbərlər