"Qəbələ" İngiltərənin "Çelsi" klubu ilə qarşılaşacaq

XƏBƏR 6 Mart 2010 / 02:07 2315
-  A +

“Qəbələ” klubunun 13 yaşlı futbolçulardan ibarət komandası gələn ay Türkiyədə təşkil olunacaq turnirdə iştirak edəcəklər. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yarışda 24 komanda iştirak edəcək. Həmin klubların sırasında İngiltərənin məhşur "Çelsi", "Midlsbro", Portuqaliyanın "Portu", Almaniyanın "Köln", Hollandiyanın PSV, Rumıniyanın "Styaua" və Türkiyə Superliqası klubları da var. Qeyd edək ki, bu “Qəbələ” klubunun beynəlxalq arenada ilk sınağı olacaq.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu